“Həm əhval-ruhiyyəm yüksəldi, həm də uğurlu nəticəyə inamım artdı”
01.07.2009 - 23:01
“Artıq Slovakiyadayıq və hər şey qaydasındadır. Bu günkü oyunda qənaətbəxş nəticəyə ümid edirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
Bu gün Avropa Liqasının ilkin təsnifat mərhələsində “Spartak”la görüşəcək vitse-çempionumuz dünən axşam saatlarında son məşqini keçirib. Nikolov bildirib ki, hazırda Trnavada hava istidir: “Təxminən +28 dərəcə olar. Ola bilsin ki, yağış yağdı”.
Səfərdə qələbə qazanacaqlarına ümid edən Nikolov bəxtə güvənir. Onun sözlərinə görə, elə slovaklar da qələbəyə çox ümid edirlər: “Hesab edirəm ki, bəxtimiz gətirsə, “Spartak”ı məğlub edə bilərik. Futbolçular, baş məşqçi ilə görüşdən sonra həm əhval-ruhiyyəm yüksəldi, həm də uğurlu nəticəyə inamım artdı. Komandamız oyuna yaxşı köklənib. Düzdür, bombardirimiz Valter Quqlemon bu gün bizə kömək edə bilməyəcək. Bununla belə, o, bizimlədir. Qoy ab-havanı görsün, yarışın həyəcanını hiss etsin. Valterin Slovakiyaya gəlməsini şəxsən mən təkid etdim. Yeni qapıçımız gürcü Georgi Lomaya da düşərgəmizdədir”.

0
0