“Bney Yehuda”nın baş məşqçisi Bakıda göz yaşı tökdü
01.07.2009 - 18:48
“Simurq” bizdən yaxşı komandadır. Rəqib arxa və orta xətdə güclüdür, topla yaxşı davranır. Ona görə də sabah bizə çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avroliqanın ilk təsnifat mərhələsində “Simurq”la qarşılaşacaq İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Qay Luzon deyib.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Simurq”a qarşı mübarizə aparacaq israillilərin çalışdırıcısı heyətlə bağlı problem olduğunu söyləyib: “Bakıya əsasən gənc futbolçular, ikinci komandanın üzvləri ilə gəlmişik. Rəqibi güclü saymağım heç də taktiki gediş deyil. “Simurq”un cütün favoriti olması fikrimdə qalıram. Əgər 2-3 ay əvvəlki heyətimizi saxlasaydıq, mən də qələbəyə ümid edərdim”.
“Bney Yehuda”nın baş məşqçisi pulsuzluqdan da şikayətlənib. Luzon maddi baxımdan çətinlik yaşadıqlarını gizlətməyib: “Bney Yehuda” ilə “Simurq”un büdcəsini müqayisə etməyə dəyməz. Çünki bizim klubun büdcəsi 2 milyon avro olduğu halda, bu göstərici “Simurq”da 5 milyon avroya bərabərdir. Komandamızda ilə 100 min dollar qazanan futbolçu yoxdur. Avroliqa üçün bizə büdcə ayrılmayıb”.
Luzonun sözlərində belə başa düşülüb ki, onun komandası sabah meydana məğlubiyyət üçün çıxacaq: “Biz məğlub olmaq istəyirik. Avroliqada növbəti mərhələlərə adlayacağımız təqdirdə, İsrail çempionatına hazırlıq planlarımız pozulacaq. Futbolçularımın fikirləri Avropada qalacaq. Buna görə də yaxşısı budur ki, bəri başdan uduzaq. “Simurq”u mübarizədən kənarlaşdırsaq, bu, böyük sürpriz olar. İsrail çempionatında isə yenə 5-ci yeri tutmağı planlaşdırırıq”.
Mətbuat konfransında iştirak edən “Bney Yehuda”nın kapitanı Assi Baqrut da “Simurq”un güclü olduğunu bildirib.

0
0