MOİK bosniyalı baş məşqçinin siftəsini korladı
01.07.2009 - 19:24
MOİK bosniyalı baş məşqçinin siftəsini korladı
Bu gün Mərkəzi Ordu İdman Klubu (MOİK) yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, “hərbçilər” Premyer Liqa təmsilçisi “Muğan”la qarşılaşıb.

“Ədliyyə” stadionunda gerçəkləşən matç heç-heçə nəticələnib - 0:0. Bu, “Muğan”ın bosniyalı baş məşqçisi Kemal Alispahiçin yeni vəzifədə ilk oyunu kimi yadda qalıb. Təcrübəli çalışdırıcının siftəsini MOİK korlayıb.

Ramil Əliyevin rəhbərlik etdiyi ordu klubu növbəti yoxlama görüşünə iyulun 5-də çıxacaq. Həmin gün MOİK-in rəqibi tələbələr arasında Azərbaycan çempionu, Polşada keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olacaq.
0