“Neftçi” “Akademiya” ilə bacarmadı
02.07.2009 - 09:17
“Neftçi” “Akademiya” ilə bacarmadı
AFFA-nın 15 yaşadək futbolçulardan ibarət “Akademiya” komandası növbəti yoxlama oyununu keçirib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, U-15 “Neftçi” klubundan olan həmyaşıdları ilə görüşdə qüvvəsini sınayıb. Məhsuldar keçən matçda komandalar hərəyə iki qol vuraraq meydandan heç-heçə ilə ayrılıb.