Rəşad Sadıqov yeni komandasında debüt etdi
02.07.2009 - 09:19
Rəşad Sadıqov yeni komandasında debüt etdi
Ağdamın “Qarabağ” klubu Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov yetirmələrini “Sepehan”la (İran) görüşdə sınamaq imkanı qazanıb. Bu matçda hesab açılmayıb.

“Qarabağ” bu matçda iki fərqli heyətlə mübarizə aparıb. Hər iki hissədə meydanda olan iki oyunçu - Fərhad Vəliyevə Vüqar Nadirov istisna olmaqla, digərləri 45 dəqiqə top qovmaq şansı qazanıb. Zədə üzündən Aftandil Hacıyevlə Vaqif Cavadov ümumiyyətlə iranlılara qarşı oynamayıb. Maraqlıdır ki, komandada qeyri-rəsmi də olsa debüt edən Rəşad Sadıqov ikinci heyətdə yer alıb.