Rumın futbolçu “Bakı”nın xilaskarı oldu
02.07.2009 - 09:33
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşan “Bakı” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan paytaxtın eyni adlı komandası Xorvatiya “Hayduk”u ilə görüşüb.
Güclü yağış altında başlanan qarşılaşmada hesabı 14-cü dəqiqədə balkanlılar açıb. Yağışın intensivliyi azalmağı Qyoko Hacıyevskinin yetirmələrinin oyunda dönüş yaratması ilə müşayiət olunub. Üstünlüyə yiyələnən “Bakı” fasilədən sonra tarazlığı bərpa edib. Komandanın heyətində baxışda olan rumıniyalı Daniel Oprita 52-ci dəqiqədə vurulan bərabərlik qolunun müəllifi olub.
Bu bakılıların Sloveniyada ilk heç-heçəsidir. Əvvəlki görüşlərdə Avstriyanın "Kapfenberq" (1:2) və Xorvatiyanın "Riyeka" (2:0) klubları ilə qarşılaşan Azərbaycan çempionu 3 oyunda 1 qələbə əldə edib, bir oyunu heç-heçə başa vurub və bir oyunda məğlubiyyətlə üzləşib.

0
0