“Cırtdan” hara, qələbə hara?
02.07.2009 - 09:45
“Cırtdan” hara, qələbə hara?
Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa yekun vurulub. Apasport.az saytının məlumatına görə, San Marino və Andorra çempionları kimin güclü olduğunu müəyyənləşdirə bilməyib.

“Cırtdanlar”ın ən yaxşılarının duelində komandalar hərəyə bir qol vurub. San Marinoya səfər edən “Sent Culiya” birinci hissədə penaltidən hesabı açsa da, qələbə hesabını qoruya bilməyib. “Tre Fiori” matçın sonlarına yaxın andorralıların qapısına yol tapa bilib.

Çempionlar Liqası
Birinci təsnifat mərhələsi, ilk oyun


“Tre Fiori” (San Marino) – “Sent Culiya” (Andorra) - 1:1

Andreini, 75 – Xinos, 42-pen.