Azərbaycan çempionu Andosanı bəyənmədi
02.07.2009 - 09:58
Azərbaycan çempionu Andosanı bəyənmədi
“Baxışda olan futbolçularla bağlı yaxın günlərdə qərar veriləcək. Sadəcə, onu deyə bilərəm ki, kamerunlu Andoca ilə müqavilə bağlamadıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasına hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışını davam etdirən paytaxt təmsilçisi “Hayduk”la (Xorvatiya) 1:1 hesablı heç-heçə edib. “Bakı”dan qolu baxışda olan rumın futbolçu Daniel Oprita vurub. Məmmədov oyun, nəticə ilə yanaşı, yeni transferlərdən də razı qalıb: “Həm Bates, həm də Barbosa səviyyəli oyunçulardırlar. Hər ikisi “Hayduk”a qarşı oynadı və yaxşı təsir bağışladılar. Nəticə və komandamızın oyunu ürəyimizcə oldu. Belə ki, Xorvatiyanın ikinci liqa klubuna qarşı oynayırdıq. Rəqib 2-3, biz isə 8-9 qol imkanı yaratdıq. İlk hissədə güclü yağış yağırdı. Bu bir qədər çətinlik yaratsa da, komandamız rəqibin oyun üslubuna tez bir şəkildə uyğunlaşdı. Hesabda geri olmağımıza baxmayaraq, soyuqqanlı oynayaraq cavab qolunu vurmağı bacardıq. Zənnimcə, bu oyunda əldə etdiyimiz imkanların üçdə birindən yararlana bilsəydik, qalib gələrdik”.