Ronaldo 17 yaşlı qızı yaraladı
02.07.2009 - 10:09
Madrid “Real”ının rekord məbləğə “Mançester Yunayted”dən transfer etdiyi Kriştianu Ronaldo qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı portuqaliyalı futbolçu Lissabondakı evinin qarşısında özündən 7 yaş kiçik qıza xəsarət yetirib.
Sara Pardal adlı qız həmin vaxt Ronaldonun şəklini çəkmək istəyirmiş. Amma bundan qəzəblənən yarımmüdafiəçi Saranın maşının şüşəsini qırıb. Eyni zamanda, qız da yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib.
Yeniyetmənin ulduz futbolçunun fanatı olduğu və ondan imza almaq üçün evinə yaxınlaşdığı bildirilir. Lakin digər ehtimala görə, Sara paparatsi fəaliyyəti ilə məşğul imiş.
Hər halda, Kriştianu baş verən hadisəyə görə məyusluğunu bildirib: “Bu hadisə məni çox məyus etdi. Bundan sonra eyni hallara belə reaksiya göstərməyəcəyimə əmin ola bilərsiniz”.

0
0