Nadir Qasımovun “xeyir-dua”sı: Allahın köməyi ilə klublarımız mərhələ keçməyəcək!
02.07.2009 - 10:15
Azərbaycan futbolunun işsiz mütəxəssislərindən olan Nadir Qasımov komandalarımızın avrokuboklarda uğur qazanmasını istəmir. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bu gün Avropa Liqasının oyunlarına çıxacaq “İnter” və “Simurq”un şanslarını dəyərləndirib. O, öncə bu klublar haqda düşüncələrini açıqlayıb: “Şükür Allaha, ölkə mətbuatı Roman Pokoranı tərifləməkdən doymur. Düzünü deyim ki, nə “Simurq”, nə də “İnter” haqda danışmaq istəmirəm. Çünki bu komandalar Azərbaycan futboluna qulluq etmir və xeyir vermir. Onlar mənim üçün yox səviyyəsindədir”.
Qasımov bu klubların əleyhinə azarkeşlik etməyə də hazırdır: “Səmimi deyim, Allahın köməyi ilə klublarımızın heç biri birinci mərhələni keçə bilməyəcək. Sizi inandırıram ki, o komandaların növbəti mərhələyə keçməsini istəmirəm və arzulamıram”.
Mütəxəssis həmin klublara nifrətə yaxın hisslər bəsləməsinin səbəbinmi də açıqlayıb: “Nə olsun ki, “İnter”lə “Simurq” Azərbaycanı təmsil edir? Diqqətlə baxın, görün orda Azərbaycandan kimsə var? Məni yalnız yerli futbolçuların olduğu klublar maraqlandırır. Mən Gürcüstanda olanda bizə gülürdülər ki, nə qədər çox legionerimiz var. Cavab verirdim ki, hər sahədə olduğu kimi, futbolda da qonaqpərvər və ürəyiaçığıq”.
Nadir bəy “İnter”lə “Simurq”un avrokuboklara vəsiqə qazanmasına da kölgə salmaqdan çəkinməyib: “Açıq danışaq, belə komandalar pul gücünə oynayan müvəqqəti komandalardır. Mən onları oyun sərgiləyən komanda kimi tanımadım. Buna görə də onların uğuruna ümidim yoxdur. Premyer Liqada çempionluq uğrunda yarışan 4-5 komanda var. Onlar mübarizə aparır, qalan oyunlar isə “alıb-vermək”lə başa çatır. Bu üzdən ölkə çempionatının mükafatçılarının avrokuboklardakı uğuruna inanmıram”.
Qeyd edək ki, Qasımov avrokuboklar tarixində ən böyük hesablı məğlubiyyətimizin “memarı”dır. Məhz onun baş məşqçisi olduğu “Xəzri” Polşanın ortabab “Qutnik” klubu ilə görüşdə 9 cavabsız qol buraxmaqla, antirekorda imza atıb.
Mənbə: “Futbol+”

0
0