“Real”dan daha bir gurultulu transfer!
02.07.2009 - 10:39
Madrid “Real”ı daha bir gurultulu transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ispanlar “Lion”un 21 yaşlı fransalı hücumçusu Kərim Benzemanı alıb. Artıq “Lion” Fransa milli komandasının da üzvü olan futbolçunun keçidi təsdiqləyib.
Əslən Əlcəzairdən olan Kərimin transferi 35 milyon avroya başa gəlib. Ancaq fransız hücumçunun nailiyyətlərindən asılı olaraq, məbləğ 41 milyona çata bilər. Bu, Florentino Peresin “Real”ın prezident postuna qayıdandan sonra yeni mövsüm üçün 4-cü transfer olub.
“Milan”dan 64,5 milyon avroya transfer edilən braziliyalı yarımmüdafiəçi Kakanın iki gün öncə rəsmi təqdimetmə mərasimi keçirildi. “Real” “Mançester Yunayted”dən 94 milyon avroya aldığı portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldonun keçidi ilə bağlı son məsələləri də həll edib. Belə ki, Ronaldoya görə 80 milyon funt sterlinq “Mançester Yunayted”in hesabına köçürülüb. Futbolçu iyunun 6-da təqdim olunacaq. “Valensiya”dan 15 milyon avroya transfer edilən ispan müdafiəçi Raul Albiolun isə bu gün təqdimetmə mərasimi olacaq.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0