Luis Araqoneslə “Fənərbaxça” arasında qalmaqal başladı
02.07.2009 - 11:38
“Fənərbaxça” rəhbərliyi ilə ispaniyalı məşqçi Luis Araqones arasında qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, ötən yay İspaniya yığmasına Avropa çempionluğu qazandıran 70 yaşlı mütəxəssis sabiq klubu ilə bağlı FİFA-ya şikayət edəcək.
Araqones türkiyəlilərin ona borcunun ödənilməsi ilə bağlı məsələnin həllində ali futbol qurumundan kömək istəyir. İspan məşqçi hesab edir ki, “Fənərbaxça” ona 4 milyon avro ödəməlidir. O, bu pulu klubla müqaviləsinin ikinci ilinə görə almalıdır. Türkiyəlilər isə öz növbəsində bildirirlər ki, onlar Araqonesi müqavilənin şərtlərinə əməl etmədiyi üçün vəzifəsindən azad ediblər. Yəni, “Fənərbaxça” rəhbərliyi bu addımı atmasını Araqonesin İstanbulu icazəsiz tərk etməsi ilə əsaslandırır. Onların fikrincə, təcrübəli mütəxəssis özbaşına İspaniya telekanalında Konfederasiyalar Kubokunda oyunlarını şərh etməyə gedib.
Qeyd edək ki, “Fənərbaxça” Araqonesin rəhbərliyi altında uğursuz çıxış edərək, mükafat qazana bilməyib.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0