Məmmədov “Fənərbaxça”nı görməyəcək
02.07.2009 - 11:45
Məmmədov “Fənərbaxça”nı görməyəcək
AFFA-nın “Akademiya” komandasının heyətində dəyişiklik edilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Türkiyənin “Fənərbaxça” klubunun İstanbuldakı bazasında məşq edəcək heyətə çağırılan Rauf Məmmədovu Valeh Seyidov əvəzləyəcək. Türkiyəyə gedəcək 23 futbolçunun ilkin siyahısında yer alan “Bakı”nın bir üzvünü digərinin əvəzləməsi səbəbsiz deyil. Belə ki, Rauf ailəsi ilə birlikdə ölkə xaricində olduğundan bu səfərə gedə bilməyəcək.

Qeyd edək ki, AFFA və “Fənərbaxça” rəhbərlikləri arasında əldə olunan razılığa əsasən iyul ayının ortalarından etibarən “Akademiya” komandasının 23 futbolçusu bu klubun bazasında yaşayaraq məşq edəcək. Daha perspektivli uşaqların seçilərək Türkiyədə uzun müddətə qalması və peşəkarlığını artırması nəzərdə tutulub.
0