Azərbaycanlı futbolçu Rusiya çempionuna qarşı
02.07.2009 - 12:00
Rusiya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq futbolçusu Emin Ağayevin şərəfini qoruduğu Tverin “Volqa” klubu “MVD-Rossii” ilə qarşılaşıb. 36 yaşlı müdafiəçimizin komandası öz meydanında keçirdiyi görüşdə 1:0 hesabı ilə qalib gələrək, 1/16 finala çıxıb.
Emin 90 dəqiqə meydanda olub. Onun komandası növbəti mərhələdə Rusiya çempionatının son qalibi “Rubin”lə qarşılaşacaq. İkinci divizion təmsilçisi kazanlılarla öz meydanında oynayacaq. Belə ki, iyulun 15-də keçiriləcək 1/16 final matçı Tverdə baş tutacaq.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0