Rəşad Sadıqov “Kocaelispor” klubunun transfer siyahısında
02.07.2009 - 12:10
“Kocaelispor” milli komandamızın kapitanı Rəşad Sadıqova dəvət göndərib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Superliqada 17-ci yeri tutaraq, Bank Asiya liqasına düşən İzmit təmsilçisinin rəhbərliyi heyətində görmək istədiyi futbolçuların adlarını açıqlayıb.
Həmin 9 oyunçu arasında Rəşadla yanaşı, digər futbolçumuz Ramal Hüseynov, habelə Murat Hacıoğlu, Levent Kartop, Muhammet Özdin, Həmzə Mutlu, Sərkan Yanık, Luka Zinko, Əli Bayraktar da var. Rəhbərlik bu oyunçuları rəsmən danışıqlara çağırır.
“Neftçi”nin sabiq futbolçusu olan Levent bu gün kluba gələrək, transfer məsələsi ilə bağlı rəhbərliklə görüşəcək. “Kocaelispor”la ilkin razılıq əldə edən Ramal isə gələn həftənin əvvəlində İzmitə gələrək, rəsmi müqaviləyə imza atacaq.

0
0