“Simurq”un “futbolçusu” daha iki qol vurdu
02.07.2009 - 12:19
Zaqatalanın “Simurq” klubunun bir müddət əvvəl baxışa çağırıb bəyəndiyi Girts Karlson növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, vətəninə qayıdan kimi yenidən Liyepayanın “Metallurq” klubunun düşərgəsinə qoşulan hücumçu ölkə çempionatında növbəti dublunu rəsmiləşdirib.
Komandasının “Olimp” üzərində 5:1 hesablı qələbəsində pay sahibi olan Girts Latviya çempionatının cari mövsümündə 15-ci qolunu vurub. Bu göstərici ilə lider olan Karlsonun komanda yoldaşı Kristap Qrebis “Olimp”in qapısına digər üç qolu vurmaqla 15-ə çatıb. Lakin sonuncu bu şərikli liderliyə son qoya bilər. Çünki Latviyanın güclülər dəstəsində 98 qol vuran Karlsonun 100 həddinə çatmaq arzusunun reallaşmayacağı ehtimal olunur. Girtsin birisi gün yenidən Azərbaycana gəlib “Simurq”la müqavilə bağlamağı gözlənilir.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0