Musayevin “Neftçi”dən niyə xoşu gəlmir?
02.07.2009 - 14:07
“Xaqani Məmmədov mənə deyirdi ki, Ramin Musayevin “Neftçi”dən xoşu gəlmir. Çünki onu bu komandadan çıxarıblar”. Apasport.az saytının məlumatına görə, bu sözlər hakimlikdən kənarlaşdırılan Babək Quliyevə məxsusdur.
FİFA referisi bu gün keçirdiyi mətbuat konfransında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan aldığı daha bir tapşırığın üstünü açıb: “Buna görə də bakılıların “Xəzər-Lənkəran”la oyununda cənublulara kömək etməliyəm. Matçın fasiləsində Məmmədov hakimlər otağına gəldi. Qulağıma dedi ki, “görürsən də “Neftçi” yaxşı oynayır, sarı, qırmızı vərəqələr verməklə buna mane ol”.
Quliyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də təbrik edib: “Bildiyimə görə, Musayev polisdə işlədiyi vaxt dələduzluq maddəsi ilə həbs olunub. Yeri gəlmişkən, bu gün polislərin bayramı olduğundan onu səmimi qəlbdən təbrik edirəm”.
Daha sonra FİFA hakimi Məmmədovun daha bir açıqlaması haqda da fikir bildirib: “Xaqani deyir ki, 2014-cü ildə dünya çempionatının final mərhələsində azərbaycanlı hakimlər olacaq. Axı özü neçə il hakimlik edib ki, 4-cü kateqoriyadan 3-cüyə keçə bilmədi?”

0
0