Ramin Musayev: Babəkin çəkisi artıb, aclıq aksiyasına çoxdan başlamalı idi
02.07.2009 - 14:36
“Əgər Babək Quliyev aclıq aksiyası keçirmək istəyirsə, buna çoxdan başlamalı idi. Çünki onun çəkisi artıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib.
Hakimlikdən qeyri-müəyyən müddətə uzaqlaşdırılan FİFA referisi Babək Quliyev bu gün mətbuat konfransı keçirərək, Musayevə qarşı ittihamlar səsləndirib. PFL prezidenti Quliyevin ittihamlarını qəbul etməyib: “O hadisələrdən xeyli müddət keçib. İndi Babəkin dediyi sözlər arxadan atılan daşa bənzəyir. Premyer Liqada hansı komandanın qalib gəlməsinin, yaxud hansı klubun ölkə kubokuna sahib çıxmasının mənim üçün fərqi yoxdur. Əsas məqsədimiz odur ki, klublarımız avrokuboklarda ölkəmizi layiqincə təmsil etsinlər, heç olmasa 2-3 mərhələ adlasınlar”.
Musayev bildirib ki, “Qarabağ” ölkə kubokunu öz gücü sayəsində qazanıb: “Biz heç kimin kuboku qazanmasına şərait yaratmırıq. Sadəcə, ölkə kuboku uğrunda yarışda qalib olana kuboku təqdim edirik. Builki finalda da hər iki tərəf - həm “Qarabağ”, həm də “İnter” razı qaldı. Hakimliklə bağlı narazılıq olmadı”.
Bu gün 1 yaşını qeyd edən PFL-in fəaliyyətindən danışan Musayev çatışmazlıqlardan və uğurlardan söz açıb: “Bir il ərzində təəssüfləndirici məqamlar var. Eyni zamanda, sevinməyimizə də əsas tapmaq mümkündür. PFL-in fəaliyyəti dövründə stadiona gələn azarkeşlərin sayı artıb, “böyük futbol” Gəncəyə qayıdıb, “Standard”ın Sumqayıtı təmsil etmək variantı ortaya çıxıb. “Şuşa” klubu da bizə müraciət edib və onlara birinci divizionda mübarizə aparmaq üçün prosedur qaydaları göstərmişik”.

0
0