Subaşiç susdu, komandası uddu
02.07.2009 - 15:17
Subaşiç susdu, komandası uddu
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç şərəfini qoruduğu “Çanqçun Yatay” klubunun heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun komandası Çin çempionatının bu gün keçirilən 14-cü turunda meydana çıxıb.

Öz meydanında “Xançjou Qrintaun”la qarşılaşan “Çanqçun Yatay” hər hissədə bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Subaşiçin komandasında Elvis Skott 14, Qabriel Melkam isə 85-ci dəqiqədə fərqlənib. Branimir isə 90 dəqiqə oynadığı matçda qola həsrət qalıb.

Bu qələbədən sonra xal hesabını 23-ə çatdıran “Çanqçun Yatay” üçüncü pilləyə yüksəlib. Lakin turun bütün oyunları hələ başa çatmadığından Subaşiçin komandası elə bu gün yüksəldiyi mövqeni əldən verə bilər.

Qeyd edək ki, Branimirin komandası birinci dövrədə son matçını iyulun 5-də “Çuntsin”ə qarşı keçirəcək.
0