“Neftçi” “Karpat Maradonası”nın köməkçisi ilə müqavilə bağladı
02.07.2009 - 16:17
Bakının “Neftçi” klubu daha bir məşqçini sıralarına qatıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi italiyalı Covanni Melçiorre ilə 1 illik müqavilə imzalayıb.
O, fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Böyükağa Ağayevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq italyan mütəxəssis zəngin təcrübəyə malikdir. 2003-cü ildə Türkiyəyə gələn çalışdırıcı əvvəl “Bursaspor”, 2004-2005-ci illərdə “Qalatasaray”, 2007-ci ildə isə Rumıniyanın “Styaua” klubunda çalışıb. Melçiorre bu klublarda “Karpat Maradonası” kimi tanınan baş məşqçi Georgi Hacının köməkçilərindən olub.
47 yaşlı mütəxəssis Türkiyədəki fəaliyyətində təkcə futbolla kifayətlənməyib. Belə ki, o “Svitness” idman klubunda məşq keçən həvəskarlara da müəllimlik edib. Covanni bu klubda kardiovaskulyar məşğələləri ilə tanınıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0