Riberidən sensasion açıqlama: Mən “Real”da oynamaq istəyirəm, vəssalam!
02.07.2009 - 16:36
Riberidən sensasion açıqlama: Mən “Real”da oynamaq istəyirəm, vəssalam!
Fransa yığmasının futbolçusu Frank Riberi hazırda formasını geyindiyi Almaniyanın “Bavariya” klubunu tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, jurnalistlərə müsahibə verən yarımmüdafiəçi arzularının komandası haqda fikirlərini açıqlayıb.

Belə ki, Riberi İspaniyanın “Real” klubunda oynamaq arzusundadır. Frank onu satmayacağını dəfələrlə iddia edən “Bavariya”nın israrı ilə razı deyil: “Qərarımı vermişəm, Almaniyadan gedirəm. Bundan sonra oynayacağım klub ya “Real” olacaq, ya da heç oynamayacağam. Yaxın günlərdə alman klubunun rəhbərliyi ilə danışıb məsələni həll edəcəyəm, vəssalam”.

“Bavariya”nın meneceri Uli Höness məsələdən xəbərdar olan kimi açıqlamaya münasibət bildirib: “Frank “Real”a getmək istəyirmiş? Bu bizim mövqeyimizi dəyişmir. “Real” hələ ki bizə müraciət etməyib. Çünki Münhenə gəlmək istəyən ispaniyalılara xəbərdarlıq etmişdik. Demişdik ki, gəlməyinizin xeyri yoxdur. Boş xərc çəkməyin. Riberi üçün verəcəyiniz pula ehtiyacımız yoxdur”.