İtaliyalı mütəxəssis “Neftçi”dən razıdır
02.07.2009 - 16:39
Bakının “Neftçi” klubunun futbolçuları AFFA-nın trenajor zalında fiziki testdən keçiblər. Apasport.az saytının məlumatına görə, klubla yeni müqavilə bağlayan fiziki hazırlıq üzrə məşqçi Covanni Melçiorre testdən razı qalıb.
İtaliyalı mütəxəssis bu günkü tədbirin vaxtında təşkil olunduğunu və qənaətbəxş nəticələr verdiyini bildirib: “Futbolçuların Türkiyə səfərindən əvvəl fiziki testdən keçmələri yaxşı oldu. Təlim-məşq toplanışından öncə komanda üzvlərinin fiziki hazırlıqları ilə yaxından tanış olduq. Mövsümlərarası dövr üçün futbolçuların fiziki göstəriciləri heç də pis deyil”.
Qeyd edək ki, “Neftçi” sabah və birigün də yenidən fiziki testdən keçəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0