“Bakı” “Şəfa”nın qənimi ilə görüşəcək
02.07.2009 - 17:19
“Bakı” Sloveniyadakı hazırlıq prosesində daha üç yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda qarşıdakı iki görüşü Sloveniya təmsilçiləri ilə keçirməyi planlaşdırır.
“Bakı” öncə iyulun 4-də bizə yaxşı tanış rəqib olan “Olimpiya” ilə qüvvəsini sınayacaq. Lyublyana təmsilçisi 2001-ci ildə Bakının “Şəfa” klubunu UEFA kubokunda hər iki oyunda böyük hesabla məğlub edərək (4:0 və 3:0) mübarizədən kənarlaşdıran komandadır.
İyulun 7-də isə Sloveniyanın “Aluminij” klubu ilə yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Ertəsi Xorvatiyanın “Cibalya” komandası ilə görüşəcək bakılılar bununla da Ptuj şəhərindəki təlim-məşq toplanışını başa vuracaq.
Qeyd edək ki, “Bakı” Sloveniyadakı cari hazırlıq prosesində üç yoxlama oyunu keçirib. “Kapfenberq”ə (Avstriya) uduzan (1:2) komandamız ardından Xorvatiyanın “Riyeka” klubunu məğlub edib (2:0), “Hayduk” ilə heç-heçə edib (1:1).

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0