Azərbaycan çempionunun UEFA kubokunda rəqibləri müəyyənləşdi
02.07.2009 - 17:44
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatması keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Naxçıvanın “Araz” klubunun 2009/2010 mövsümündəki rəqibləri müəyyənləşib.
İkinci seçmə mərhələdən etibarən mübarizəyə başlayacaq ölkə çempionu 5-ci qrupda “MNC Potpican” (Xorvatiya), “KMF Kolubara Lazaraveç” (Serbiya), həmçinin 1-ci seçmə mərhələnin B qrupunun qalibi ilə birgə yarışacaq. Qrup oyunları Xorvatiyada təşkil olunacaq. Bu oyunlara vəsiqə qazanmaq üçün birinci təsnifat mərhələsində mübarizə aparacaq komandalar da məlum olub. “RCS Koşitse” (Slovakiya), “Omoniya” (Kipr), “Sifeld Sürix” (İsveçrə), “Nidaros Futzal” (Norveç) klubları “Araz”ın potensial rəqibləridir.
Qeyd edək ki, ikincui mərhələnin oyunları sentyabrın 26-dan oktyabrın 4-dək keçiriləcək. Təmsilçimizin qatılmadığı ilkin mərhələ matçları isə avqustun 15-23-də oynanılacaq.

0
0