“Bakı”nın legioneri Litva səfərindən razıdır
02.07.2009 - 18:25
“Litvada meydan sahibləri ilə iki yoxlama oyunu keçirdik. İlk görüşdən 1:1 hesablı “sülh”lə ayrılsaq da, ikinci oyunda rəqibimizin zəif tərəflərini düzgün təhlil edib, 5:3 hesabı ilə qalib gəldik. Toplanışın yığmaya yeni dəvət alan futbolçuların komandaya adaptasiyası baxımından əhəmiyyəti böyük idi. Bu, həm də millinin ilk səfər qələbəsi idi”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) üzvü Andrey Popoviç deyib.
“Bakı” klubunun da şərəfini qoruyan futbolçu U-19-un heyətində Litvada keçirilən təlim-məşq toplanışından razı qalıb: “Bolqarıstan yığması ilə səfərdə heç-heçə oynadığımızı da nəzərə alsaq, məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirmək istəyirik. Bir çox oyunçular 17 yaşlılardan ibarət milli komandada çıxış edirdi. U-19-lar arasında Avropa çempionatının növbəti seçmə mərhələsinə hazırlıq üçün yeni heyət formalaşdığından, biz bu yığmaya qoşulduq. Hər bir yeni qurulan heyət bir neçə oyun keçirdikdən sonra əsl gücünü göstərə bilir. Mənim üçün də bu heyətdə ilk hazırlıq dönəmi çətin keçdi. Bir neçə oyundan sonra belə bir çətinliyimiz olmayacaq”.
“Bakı”nın əvəzedici komandasında çıxış edən Popoviç gələcək planlar haqda da danışıb. Məlum olub ki, Andrey vətəninə səfərə hazırlaşır: “Hazırda milli komandadan qayıtdığımız üçün istirahətdəyik. Bir neçə günlük vətənim Ukraynaya şəxsi işlərimlə bağlı gedəcəyəm. Bundan sonra isə geri qayıdaraq, “Bakı”nın əvəzedici heyətinin tərkibində növbəti mövsümün hazırlıqlarına başlayacağıq. Milli komandaya gəlincə, bildiyimə görə, iyulun ortalarında daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb”.

0
0