Pokora: ...0:5 hesabı ilə uduzmadıq
02.07.2009 - 22:01
“Bu bizim qitə miqyaslı yarışlarda ilk matçımız idi. Təəssüf ki məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda “Bney Yehuda”ya (İsrail) uduzan Zaqatala təmsilçisinin çalışdırıcısı oyunsonrası mətbuat konfransında bildirib ki, bəzi futbolçuları komandaya uyğunlaşmayıb. Ukraynalı mütəxəssisin fikrincə, ağır keçən oyunda heç nədən qol buraxdılar: “Bəzi futbolçular etimadı doğrultmadılar. Müdafiənin sol cinahında səhvə yol verdik ki, rəqib bizi cəzalandırdı”.
Pokora həmçinin vurğulayıb ki, cütün qalibi cavab görüşündə bəlli olacaq: “İlk matçda uduzmaq çox pis oldu. Bununla işimizi çətinə salsaq belə, ümidimizi itirmirik. Cütün taleyi Təl-Əvivdə müəyyənləşəcək. Axı biz 3 və ya 5:0 hesabı ilə uduzmadıq”

0
0