“Qarabağ”ın könlündəki komanda darmadağın oldu - YENİLƏNİB
03.07.2009 - 09:36
“Qarabağ”ın könlündəki komanda darmadağın oldu - YENİLƏNİB
İyulun 2-də Avroliqada yeni mövsümün startı verilib. Apasport.az saytının məlumatına görə, Norveçin “Rusenborq” klubu “Qarabağ”a rəqib olmasını Farer adalarında həll etdi. Yerli “NSİ Runavik”lə görüşən norveçlilər səfərdə böyük hesabla qalib gəlib – 3:0.

Bu oyunda Dario Zahora etdiyi dublla (20 və 58-ci dəqiqələr) qələbədə əsas rol oynayıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə penalti zərbəsi ilə Mikael Lustiq qoyub. Bir həftə sonra Osloda keçiriləcək cavab görüşü artıq formal xarakter daşıyacaq və Farer adaları təmsilçisinin orada da uduzacağı (özü də yenə böyük hesabla) şübhə doğurmur. Avroliqada mübarizəyə birbaşa ikinci mərhələdən başlayacaq “Qarabağ” iyulun 16-da ilk oyunda “Rusenborq”un qonağı olacaq.

Avroliqa, birinci təsnifat mərhələsi, ilk oyunlar

“Sutyeska” (Çernoqoriya) - MTZ-RİPO (Belarus) - 1:1

“Olimpi” (Gürcüstan) - “B-36 Torshavn” (Farer adaları) – 2:0

“Dinaburq” (Latviya) - “Kalyu” (Estoniya) – 2:1

“Banants” (Ermənistan) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) – 0:2

“Simurq” (Azərbaycan) - “Bney İequda” (İsrail) – 0:1

“Laxti” (Finlandiya) - “Dinamo” (Albaniya) – 4:1

“Valletta” (Malta) - “Keflavik” (İslandiya) – 3:0

“Dinamo” (Belarus) - “Renova” (Makedoniya) – 2:1

“Trans” (Estoniya) - “Rudar” (Sloveniya) – 0:3

“Zimbru” (Moldova) - “Okşetpes” (Qazaxıstan) – 1:2

“Anortosis” (Kipr) - “Karyenq” (Lüksemburq) – 5:0

“Qrevenmaher” (Lüksemburq) - “Vetra” (Litva) – 0:0

“Haladaş” (Macarıstan) - “İrtış” (Qazaxıstan) – 1:0

“Randers” (Danimarka) - “Linfild” (Şimali İrlandiya) – 4:0

“Slaven” (Xorvatiya) - “Birkirkara” (Malta) – 1:0

“Spartak” (Slovakiya) - “İnter” (Azərbaycan) – 2:1

“NSİ Runavik” (Farer adaları) – “Rusenborq” (Norveç) – 0:3

“Silqo Rovers” (İrlandiya) – “Vlajniya” (Albaniya) – 1:2

“Buduçnost” (Serbiya) – “Poloniya” (Polşa) – 0:2

“Helsinborq” (İsveç) – “Mika” (Ermənistan) – 3:1

“Lisburqn” (Şimali İrlandiya) – “Zestafoni” (Gürcüstan) – 1:5

“Fram” (İslandiya) – TNS (Uels) – 2:1

“Mozervell” (Şotlandiya) – “LLanelli” (Uels) – 0:1