“Dərk edə bilmirəm, bir futbolçuya 90 milyon avro necə xərclənir?”
03.07.2009 - 10:14
“Başa düşmürəm, bir futbolçuya 90 milyon avro necə xərclənir? Bunu dərk edə bilmirəm. Ancaq klubların pulu varsa, mən nə etməliyəm ki?” Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini Fransanın “LEquipe” qəzetinə müsahibəsində deyib.
Futbolçuların transferinə külli miqdarda pul xərclənməsinə etirazını bildirən Platini bunun qarşısını almaq üçün mexanizm hazırlanacağını söyləyib: “Mən Maradonanın 1984-cü ildə “Barselona”dan “Napoli”yə keçidini xatırlayıram. Həmin vaxt 6,5 milyon avroya başa gələn transfer ədəbsiz sayılırdı. Belə ağılsızlığın qarşısını transfer məbləğinə müəyyən hədd qoymaqla almaq mümkündür. Bunun üzərində çalışırıq. Bu məsələ avqustda Monakoda müzakirə olunacaq. UEFA-nın İcraiyyə Komitəsi isə yekun qərarını sentyabr-oktyabr aylarında qəbul edəcək. Yəqin ki, mexanizm 2-3 ildən sonra işə düşəcək”.
Qeyd edək ki, son bir ayda “Real” 3 futbolçunun - Kriştianu Ronaldo, Kaka və Kərim Benzemanın transferinə ümumilikdə 209 milyon avro xərcləyib.

0
0