Petr Zelensko: Əsl futbolda məhz belə oynamaq lazımdır
03.07.2009 - 11:33
“Layiqli qələbə qazandığımıza əminəm. Futbolçular oyuna yaxşı hazırlaşmışdılar”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanı Avroliqada təmsil edən “İnter”in rəqibi olan Trnavanın “Spartak” klubunun məşqçisi Petr Zelensko deyib.
Öz meydanında keçirdiyi ilk oyunda 2:1 hesablı qələbə qazanan Slovakiya təmsilçisi ikinci mərhələyə çıxmağa iddialıdır. Zelensko kömək etdiyi baş məşqçi Karol Peça kimi komandamızı daha böyük fərqlə məğlub etmədiklərinə görə heyfsilənir: “Biz ilk dəqiqələrdən aqressiv oynadıq və meydanda mübariz idik. Əsl futbolda məhz belə oynamaq lazımdır. Təəssüf ki, hesabda 2:0 irəlidə olduğumuz zaman üçüncü qolu vura bilmədik. Buna nail olsaydıq, növbəti mərhələ çıxmağı 90 faiz həll etmiş olacaqdıq. Bilirik ki, rəqib evdə keçirəcəyi cavab görüşündə qələbə qazanmalı olduğundan, daha çox hücum edəcək. Bu, bizə oyuna nəzarəti gücləndirməyə və əks-hücumlarda rəqibi cəzalandırmağa sövq edir”.
Qeyd edək ki, “İnter” – “Spartak” oyunu iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0
0