İtalyan məşqçi “Neftçi”dən test götürür
03.07.2009 - 13:32
Bakının “Neftçi” klubunun yeni məşqçisi Covanni Melkiorre futbolçulardan fiziki test götürülməsini davam etdirir. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu gün səhər saatlarında futbolçular fiziki testin ikinci mərhələsindən keçiblər. Test italyan mütəxəssisin rəhbərliyi altında klubun trenajor zalında baş tutub. “Neftçi” sonuncu fiziki testi bu gün saat 16:30-dan etibarən klubun bazasındakı meydançada verəcək. Komanda hazırlığı sabah yüngül məşqlərlə davam etdirəcək.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0