“Bakı”dan növbəti transfer
03.07.2009 - 15:11
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı” daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu bu gün bosniyalı futbolçu Aleksandar Soliçlə bir illik müqavilə imzalayıb.
Sloveniyada davam edən təlim-məşq toplanışı zamanı baxışdan uğurla 26 yaşlı hücumçu Xorvatiyanın yüksək liqasında mübarizə aparan "NK Osiyek" klubundan transfer olunub. Aleksandar ötən mövsümü 7-ci yerdə bitirən bu komandada 2006-cı ilin iyulundan çıxış edirdi. Xorvatiya vətəndaşlığını da daşıyan Soliç 1,81 metr boya malikdir. O, hücumameylli yarımmüdafiəçi mövqeyində də oynayır.
Qeyd edək ki, “Bakı” Sloveniyada baxışdan keçirdiyi legionerlərdən ikisi - serbiyalı Stevan Bates və braziliyalı Barboza ilə müqavilə imzalayıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0