“Dənizlispor” istədiyi futbolçuları aldı
03.07.2009 - 15:23
“Dənizlispor” istədiyi futbolçuları aldı
Türkiyənin “Dənizlispor” klubu üç yeni futbolçu ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Erhan Altın “Kocaelispor”da rəhbərliyi altında oynadığı Adəm Çalıkı transfer edib. 28 yaşlı orta sahə oyunçu ilə iki illik müqavilə bağlanıb.

“Dənizli Bələdiyyəspor”un 27 yaşlı qapıçısı İsmayıl Şahmalı ilə beş, “Karşıyaka”nın 27 yaşlı futbolçusu Əhməd Burak Solakel ilə üç illik anlaşılıb. Yeni futbolçular artıq təlim-məşq toplanışına qatılıblar.

Qeyd edək ki, Altının “Kocaelispor”dan 4 futbolçunun transferi ilə rəhbərliyə raport vermişdi. Bunlar arasında Murad Hacıoğıu, afrikalı Mazuva Nsumbu ilə yanaşı, milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqov da var.