Rauf Mehdiyevin rekordu və uğursuzluğu
03.07.2009 - 16:26
Azərbaycan yığmasının qapıçısı Rauf Mehdiyev rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, 33 yaşlı futbolçu “Bney Yehuda” ilə görüşdə meydana çıxmaqla, avrokuboklarda 3 müxtəlif komandanın debüt görüşündə qapısını qorumuş oldu.
O, bu göstəricidə həmkarlarını qabaqlayır. “Şəmkir”, “Olimpik” və “Simurq”un qitə miqyaslı debüt oyunlarında “çərçivə” qoruyucu olan Mehdiyev komandalarına mərhələ adlamaq baxımından kömək edə bilməyib. Belə ki, “Şəmkir” 1999-cu ildə “Krivbass” (Ukrayna), “Olimpik” keçən il “Voyvodina” (Serbiya) ilə UEFA kubokunda uğursuzluğa düçar olub. “Simurq”un ilk görüşdə Bakıda “Bney Yehuda”ya 0:1 hesabı ilə uduzduğunu nəzərə alsaq, Raufun yenə uğursuzluğa düçar olacağı real görünür.
“Qarabağ” və “Bakı”nın heyətində də avrokuboklara qatılan və burada da mərhələ üzünə həsrət qalan Mehdiyev iştirak etdiyi 12 oyunda 21 qol buraxıb.
Yeri gəlmişkən, “Simurq”un “Bney Yehuda” ilə görüşdə start heyətində yeganə azərbaycanlı futbolçu məhz Rauf idi. Bununla, Zaqatala təmsilçisi “Karvan”ın (Yevlax) yolu ilə getsə də, bu, rəqibi məğlub etməyə yetərli olmayıb. Belə ki, “Karvan” 2006-cı ildə “Şəfa” stadionunda “Spartak”ı (Slovakiya) 1:0 hesabı ilə yendiyi görüşdə də əsas heyətində yalnız qapıçısı azərbaycanlı, 10 sahə oyunçusu isə legioner olub.
Həmin həmyerlimiz milli komandamızın sabiq qapıçısı Elxan Həsənov idi. “Simurq”un müdafiəçi Sergey Sokolov Azərbaycan vətəndaşlığını daşısa da, o, rusdur və milliləşərək, yığmamıza cəlb olunub.

0
0