“Ekranas” - “Bakı” görüşü saat 23:00-da!
03.07.2009 - 23:06
“Ekranas” - “Bakı” görüşü saat 23:00-da!
“Bakı”nın Çempionlar Liqasında (ÇL) rəqibi olan “Ekranas”la ilk oyununun başlanma vaxtı müəyyənləşib. Bu barədə apasport.az-a açıqlama verən “Ekranas”ın mətbuat katibi Qyanas Saroçko bildirib ki, iyulun 14-də Panejelis şəhərində keçiriləcək görüşün start fiti yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) veriləcək.

Komandamızın litvalılarla Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşü bir həftə sonra – iyulun 21-də baş tutacaq. Hər iki klubun ÇL-də iştirak ərizələrini UEFA-ya göndərmək üçün iyulun 9-a kimi vaxtı var. Saroçko həmin vaxtadək yeni futbolçuların transfer edilməsini nəzərdə tutulduğunu bildirib: “İki yeni legionerin yolunu gözləyirik. Bunlardan biri Avropa, digər Afrikadan olacaq. Onları baxışdan keçirib, qərar verəcəyik. “Bakı” haqda ətraflı məlumatımız yoxdur. Yalnız internetlə informasiya əldə edirik. Rəqibin oyununu görməmişik”.
0