Anhel Qutyerres Azərbaycan futbol tarixinə düşdü
03.07.2009 - 18:27
Bakının “İnter” klubunun uruqvaylı hücumçusu Anhel Qutyerres Azərbaycan futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu avrokubokların cari mövsümündə klublarımızın ilk qolunu vuran futbolçu olub. “İnter”in yeni transferi Slovakiyanın Trnava şəhərində “Spartak” klubuna qarşı matçın 80-ci dəqiqəsində vurduğu qolla, komandasını məğlubiyyətdən (1:2) xilas etməsə də, hər halda, növbəti mərhələyə çıxmağa böyük ümid yaradıb. Əslində, vaxt etibarilə “Simurq”un “Bney Yehuda” (İsrail) ilə Bakıdakı görüşü daha tez başlasa da, bu oyunda qol vura bilməmişik – 0:1.
14-cü mövsümdür avrokuboklarda çıxış edən klublarımız bunların 2-də qol vura bilməyib. İki mövsümdə (2002/02 və 2003/04) isə ölkə futbolunda yaranan münaqişə nəticəsində UEFA Azərbaycan komandalarını diskvalifikasiya etmişdi. Yəni, avrokuboklarda oynamaqdan məhrum olmuşuq.
Avrokuboklarda ilk qolumuzun müəllifi artıq xeyli vaxtdır futbolçu karyerasını bitirmiş “Kəpəz”in 40 yaşlı hücumçusu Yadigar Süleymanovdur. 12 mövsümdə vurduğumuz qollardan 6-sı yerli futbolçuların payına düşür: Yadigar Süleymanov, Vidadi Rzayev, Mahir Əliyev, Müşfiq Hüseynov, Rövşən Əhmədov və Rəşad Sadıqov (yalnız sonuncu futbolçu karyerasını davam etdirir). İlk qolumuzu vuran legionerlərdən Qutyerres birinci cənubi amerikalı oldu. Digərləri belaruslu Aleksandr Xurtseviç, “milliləşən” rusiyalı Yuri Muzıka və moldovalı Marçel Reşiktadır. Yeri gəlmişkən, Qutyerres Reşikta kimi yeni klubunda debüt oyunundaca qol hesabını aça bilib. Amma “Standard”da oynamış Anheldən fərqli, Marçel ümumiyyətlə, Azərbaycan komandasının heyətində ilk görüşündə fərqlənib.
Qeyd edək ki, iki dəfə ilk qolumuzu rəqib futbolçular vurub. Avstriyalı Patrik Pirxerlə moldovalı Maksim Andonik qapıları səhv salaraq, avtoqola imza atıblar. Siyahıya diqqət yetirdikdə 1998-ci ildən bu yana qol hesabımızın bir qayda olaraq İntertoto kubokunda açıldığını görmək olar ki, bu da təsadüfi deyil. Axı avrokuboklarda yeni mövsüm məhz bu turnirlə başlayırdı. İntertotoda 9 mövsüm çıxış edən klublarımız həmişə rəqib qapısına yol tapıb. İntertoto ötən mövsüm sonuncu dəfə keçirildi və artıq tarixin yaddaşına köçüb. Belə olan halda, klublarımız üçün avrokuboklarda mövsüm Avroliqa (keçmiş UEFA kuboku) ilə başlayır və Qutyerres bu turnirdə ilk qolumuzu vuran futbolçu kimi də fərqləndi.
1994/95 mövsümü - qol vurmamışıq
1995/96 mövsümü, UEFA kuboku
“Austriya-Memfis”(Avstriya) – “Kəpəz” (Gəncə) – 5:1
Yadigar Süleymanov
1996/97 mövsümü, UEFA kuboku
“Neftçi” (Bakı) – “Lokomotiv” (Bolqarıstan) – 2:1
Vidadi Rzayev
1997/98 mövsümü – qol vurmamışıq>
1998/99 mövsümü, İntertoto kuboku
“Bakı fəhləsi” (Maştağa) – “İnkaras” (Litva) – 1:0
Mahir Əliyev
1999/00 mövsümü, İntertoto kuboku
“Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” (Ağdam) – 1:2
Müşfiq Hüseynov
2000/01 mövsümü, İntertoto kuboku
“Viləş” (Masallı) – “Zaqlembe” (Polşa) – 1:3
Aleksandr Xurtseviç (Belarus)
2001/02 mövsümü, İntertoto kuboku
“Viləş” (Masallı) – “Qrindavik” (İslandiya) – 1:2
Rövşən Əhmədov
2004/05 mövsümü, İntertoto kuboku
“Xəzər Universiteti” (Bakı) – “Bregens” (Avstriya) – 2:1
Patrik Pirxer, avtoqol
2005/06 mövsümü, İntertoto kuboku
“Karvan” (Yevlax) – “Lex” (Polşa) – 1:2
Yuri Muzıka (Rusiya)
2006/07 mövsümü, İntertoto kuboku
“MKT-Araz” (İmişli) – “Tiraspol” (Moldova) – 1:0
Marçel Reşikta (Moldova)
2007/08 mövsümü, İntertoto kuboku
“Bakı” – “Daçiya” (Moldova) – 1:1
Maksim Andronik, avtoqol
2008/09 mövsümü, İntertoto kuboku
“Neftçi” (Bakı) – “Nitra” (Slovakiya) – 2:0
Rəşad Sadıqov
2009/10 mövsümü, Avroliqa
“Spartak” (Slovakiya) – “İnter” (Bakı) – 2:1
Anhel Qutyerres (Uruqvay)

0
0