Rolfes Bakıya gəlməyəcək?
04.07.2009 - 09:46
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı rəsmi oyununu keçirəcəyi Almaniya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv avqustun 12-də Bakıda rəsmi görüşdə yarımmüdafiəçi Simon Rolfesin xidmətindən yararlana bilməyəcək. Almaniyanın “Bayer” klubunun kapitanı olan Simon təlim-məşq toplanışı zamanı diz nahiyəsindən xəsarət alıb. Zədəsi ciddi olan futbolçu bir aylığa sıradan çıxıb. Yaxın günlərdə Rolfesin ayağında cərrahiyyə əməliyyatı olunacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0