Andrey Çernışev: “Standard” rəhbərliyi yaxşı nəticə istəyir
04.07.2009 - 10:29
Bakının “Standard” klubunun yeni baş məşqçisi Andrey Çernışev Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı rusiyalı mütəxəssis bir sıra məqamlara aydınlıq gətirib.
- Bakının “Standard” klubunda mümkün fəaliyyətinizlə bağlı məlumat verərdiniz...
- Müqavilə bağladığımı demək tezdir. Bizim şifahi razılığımız var. Yaxın günlərdə Bakıya uçacağam və orada yerində hər şey tam həll olunacaq.
- Bu variant nə vaxt yaranıb?
- “Standard”da çalışmağımla bağlı ilk söhbət hələ qışda olmuşdu. Yaxınlarda Bakıya getmişdim, klub rəhbərliyi ilə tanış oldum. Hər şey məndə xoş təəssürat oyatdı. Mən təklifi bir daha götür-qoy etmək üçün vaxt istədim və indi hər şey dəqiq müəyyənləşməlidir.
- Yəni, Azərbaycan futbolu ilə tanış ola bilmisiniz və oradakı Premyer-Liqa ilə təsəvvürləriniz var?
- Əlbəttə. Bu variant yaranandan sonra Azərbaycan çempionatına diqqət yetirirdim.
- Niyə bu təklifi qəbul etməyi qərara aldınız?
- Niyə də yox? Əgər iş üçün normal şərait yaradılacaqsa, mən heç bir əngəl görmürəm.
- Komandanın qarşısında qoyulan məqsədi artıq müzakirə etmisiniz?
- Yeni mövsüm üçün konkret məqsədlər haqda danışmaq tezdir. Ancaq təxminən o haqda danışdıq ki, klub rəhbərliyi komandanın nəticəsinin daim yaxşılaşdırılmasını istəyir. Gənc komandadır. “Standard”ın cəmi üç yaşı var. İlk mövsümdə klub 9-cu, sonra 7-ci yeri tutub. İndi bundan da irəli getmək lazımdır.
- Məşqçilər korpusuna kimin daxil olması ilə bağlı artıq fikirləriniz var? Siz hansısa rusiyalı mütəxəssisi dəvət edəcəksiniz, yoxsa köməkçiləriniz yalnız yerli məşqçilər olacaq?
- Bu haqda danışmaq hələ tezdir. İlk olaraq yerində baxmaq lazımdır ki, komandanın məşqçilər korpusunda kimlər var, nəyi yaxşılaşdırmaq olar. Ancaq yəqin ki, məşqçilər korpusunda yerli məşqçilərdən kimlərsə olacaq.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0