Hakan Şükürlə Hasan Şaş “Lokomotiv”də
04.07.2009 - 10:58
Hakan Şükürlə Hasan Şaş “Lokomotiv”də
Türkiyəli futbolçular Hakan Şükürlə Hasan Şaş Qazaxıstana səfər ediblər. Apasport.az saytının məlumatına görə, artıq karyeralarını bitirən hər iki veteran Astananın “Lokomotiv” klubunun heyətində meydana çıxıblar.

İstifadəyə verilən yeni stadionun açılış mərasimi münasibətilə “Lokomotiv” və ölkənin gənclərdən ibarət yığma komandası arasında yoldaşlıq görüşü keçirilib. Sabiq “Spartak”lılar Sergey Yuranın cari mövsümdən baş məşqçisi olduğu, Andrey Tixonovla Yeqor Titovun da çıxış etdiyi “Lokomotiv”lə yoldaşlıq görüşünə veteran futbolçular da dəvət olunub.

“Qalatasaray”ın heyətində UEFA kubokunu qazanan, 2002-ci ildə dünya çempionatının bürünc medalçıları olan Hakanla Hasan da öz bacarıqlarını göstəriblər. Qol epizodunda iştirak edən Şaş Titovu zərbə mövqeyinə çıxarıb və o da özbək hücumçu Maksim Şatskixin yeni stadionunda ilk qolun müəllifi kimi tarixə düşməsinə şərait yaradıb. Rəqibin heyətində isə uzun müddət Kiyevin “Dinamo” və İtaliyanın “Milan” klubunda bir yerdə oynayan Andrey Şevçenko ilə Kaxa Kaladze çıxıb ediblər. Həm onlar, həm də Hakanla Hasan əvəzlənərkən meydanı alqışlarla tərk ediblər.

Qeyd edək ki, topa ilk zərbəni ölkə prezidenti Nursultan Nazarbayevin etdiyi yoldaşlıq görüşünü artıq karyerasını bitirən 49 yaşlı məşhur italyan hakim Pyerluici Kollina idarə edib.
0