Azərbaycan oynayan futbolçu Avroliqanın tarixinə düşdü
04.07.2009 - 11:09
Azərbaycan oynayan futbolçu Avroliqanın tarixinə düşdü
Azərbaycan çempionatında oynayan futbolçu Avroliqanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun yeni mövsümdən bu ad altında keçirildiyi turnirdə ilk qolun müəllifi “Bakı” klubunun sabiq hücumçusu Georgi Meqreladze olub.

Hazırda vətənində çıxış edən 31 yaşlı gürcü futbolçu Rustavinin “Olimpi” klubunun heyətində “B-36 Torshavn” (Farer adaları) ilə evdə keçirdikləri görüşdə vurduğu qolla tarixə düşüb. “Olimpi” 2:0 hesabı ilə qələbə qazanıb və Meqreladze həmin oyunda son nöqtəni də qoymaqla, dubl edib.

Qeyd edək ki, 2006-cı ilin yayında “Bakı”ya transfer olunan Georgi Çempionlar Liqasında həmyerliləri – Bolnisinin “Sioni” klubu ilə görüşdə debüt edib. Ancaq komandamızın ilk dəfə çıxış etdiyi belə məsul turnirdə mərhələ keçmək baxımından kömək edə bilməyən Meqreladze elə daxili yarışlarda da ümidləri doğrultmadı. Vətənində 100-dən çox qol vuran hücumçu “Bakı”da daha çox zədə problemi ilə üzləşərək, az oynadı və 2007-ci ildə komandadan gedəsi oldu.
0