“Neftçi”nin baş məşqçisi istefa verdi
04.07.2009 - 11:32
“Neftçi”nin baş məşqçisi istefa verdi
17 yaşlılardan ibarət “Neftçi” futbol komandasının baş məşqçisi İslam Kərimov istefa verib. Bu haqda apasport.az saytına Kərimovun özü məlumat verib. Onun sözlərinə görə, “Neftçi”dən birdəfəlik getməyib.

“Sadəcə, son 3 ildə çalışdırdığım 17 yaşlılardan ibarət komandadan getməyi qərara aldım. Komandanı ölkə çempionu etdim və həmin heyətdən 14 futbolçunu əvəzedici komandanın baş məşqçisi Mirbağır İsayevə təhvil verdim. Bu, artıq 8-ci çempionluğumdur və bundan sonra “Neftçi”də daha aşağı yaş qruplarında çalışacağam. Mənim postumda isə Vaqif Paşayev işləyəcək”.

Qeyd edək ki, Kərimov “Şəfa” və Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasında da uzun müddət çalışıb.
0