Şevçenko Kiyev “Dinamo”suna qayıdır
04.07.2009 - 12:00
Şevçenko Kiyev “Dinamo”suna qayıdır
Ukrayna yığmasının kapitanı Andrey Şevçenko Kiyevin “Dinamo” klubuna qayıtmağı düşünür. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu müqavilə ilə hələ bir məxsus olduğu London “Çelsi”sindən birdəfəlik getmək istəyir.

Ötən mövsüm icarəyə verildiyi “Milan”a ikinci gəlişində öz oyununu göstərə bilməyən, daha çox ehtiyatda qalan Şevçenko məhz bu klubda 7 il uğurlu çıxışı ilə yadda qalıb. “Çelsi”nin 2006-cı ildə 30 milyon avroya “Milan”dan aldığı ulduz futbolçu İngiltərə Premyer Liqasında özünü göstərə bilmədi. Andrey “Milan”a məhz “Dinamo”dan keçib və orada bir futbolçu kimi özünü təsdiqləyib. Kiyev klubunun prezidenti İqor Surkis yenidən Şevçenkonu sərəncamında görmək istəyir: “Onunla geri dönməsi ilə bağlı danışmışıq. Andreyi bacardığı qədər komandamızda oynatmaq, daha sonra isə məşqçilər korpusunda yer almasını istəyirik. Şevçenko da bu təklifə çox yaxşı baxdı. Artıq hər şey onun verəcəyi qərarla bağlıdır”.
0