Rəşad Sadiqov üzülür: “Qarabağ”ın nəyə qadir olduğunu “Rusenborq”la oyun göstərəcək
04.07.2009 - 12:20
Rəşad Sadiqov üzülür: “Qarabağ”ın nəyə qadir olduğunu “Rusenborq”la oyun göstərəcək
“Komandaya gəldiyim gündən üzüldüyüm yeganə şey hələ də qol vura bilməməyimdir. Özü də yetərincə şansım olmasına baxmayaraq, nəsə alınmır”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

26 yaşlı yarımmüdafiəçi komandasının rəsmi İnternet səhifəsinə verdiyi açıqlamada iddia edib ki, bu il çempionluq uğrunda mübarizə aparacaqlar. O, həmçinin avroliqada “Rusenborq”la keçiriləcək görüşlər barədə də fikirlərini bildirib: “Norveçlilər matç haqda onu deyə bilərəm ki, rahatlıqla boyun əyməyəcəyik. Cütün taleyinin 2-ci oyunda aydın olacağına zəmanət verə bilərəm. Düzdür, hər şey ola bilər. Lakin bizim də şansımız az deyil. Real gücü nəzərə alsaq “Rosenborq” bu il güclü vaxtlarını xatırladır. İnşallah, görəcəksiniz ki, “Qarabağ” nəyə qadirdir”.
0