“Bakı” planlarını yenə dəyişdi
04.07.2009 - 14:31
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubu Litvaya birbaşa Sloveniyadan yollanacaq. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.
Hazırda Sloveniyada təlim-məşq toplanışında olan paytaxt təmsilçisi iyulun 14-də “Ekranas”la ilk matçını səfərdə keçirəcək. Ptujda hazırlıq keçən ikiqat ölkə çempionumuz iyulun 12-də rəqibin təmsil etdiyi Panejelis şəhərinə yollanacaq. Məmmədov hazırlıq planında dəyişikliyi belə izah edib: “Düzdür, əvvəl belə planlaşdırmışdıq ki, Sloveniyadan Bakıya qayıdıb, ordan Litvaya gedək. Ancaq hava amilini nəzərə alaraq, elə burdan birbaşa getməyi daha məqsədəuyğun saydıq. Ptuj şəhərində hazırlıq keçmək üçün münasib şərait var, hava sərindir. Elə Sloveniyanın iqlimi Litvadakı kimidir. Bakıya qayıdanda futbolçular iqlimi dəyişərək, isti havaya düşəcək. Bunu istəməyərək, planımızda dəyişiklik etdik və oyuna iki gün qalmış elə Sloveniyadan birbaşa Litvaya gedəcəyik”.
Vitse-prezident, həmçinin bildirib ki, Bakıda olan nümayəndə heyətləri səfərə iyulun 13-də çıxacaq. Bakıdan Riqaya birbaşa reys olduğundan, bundan istifadə ediləcək və nümayəndə heyəti Latviya paytaxtından Litvaya gələcək: “Hazırlığımız qaydasında gedir. Düşərgəmizə qayıdan Georgi Adamiya da yaxşı hazırlıq keçir. Bu gün Sloveniyanın “Olimpiya” klubu ilə yoxlama oyunu keçirəcəyik. Hər üç yeni legionerimizdən razıyıq. İnşallah, budəfəki transferlərimiz daha uğurlu olmalıdır. Onların Çempionlar Liqasında bizə fayda verəcəyinə inanırıq. Bu transferlərlə kifayətlənməyib, daha bir-iki futbolçu almağı planlaşdırmışıq”.
Qeyd edək ki, “Bakı” əcnəbi müdafiəçilər – serbiyalı Stevan Bates, braziliyalı Barboza və bosniyalı hücumçu Aleksandar Soliçi transfer edib. Türkiyə Superliqasında çıxış edən braziliyalılardan “Sivasspor”un yarımmüdafiəçi Serjio Paşeku de Oliveyra və “Ankaragücü”nün hücumçusu Jaba ilə də müqavilə bağlanacağı gözlənilir.

0
0