Yaxşı oğlanlar “Qarabağ”dan ayrılıb
04.07.2009 - 23:00
Yaxşı oğlanlar “Qarabağ”dan ayrılıb
“Rəhbərlik yenə yerli uşaqlara üstünlük verdi. Bilirik ki, buna görə məsuliyyətimiz artıb”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Elnur Allahverdiyevə məxsusdur.

Klubunun rəsmi İnternet səhifəsinə açıqlama verən Allahverdiyevin iddiasına görə, qarşıdakı mövsümdə qızıl medallar uğrunda mübarizə aparacaqlar: “Ötən il bizimlə olan legionerlər həqiqətən də çox yaxşı oğlanlar idi. Bu il onların əvəzində ölkənin perspektivlərini gətirmişik. Allahın izni ilə çempionatda bu il qızıl medal uğrunda mübarizə aparacağıq. Təbii ki, hələlik “Rusenborq”la oyun haqqında fikirləşirik. İlk növbədə elə etməliyik ki, heç kimin başını aşağı etməyək. Avroliqaya ciddi hazırlaşırıq. Mən heç vaxt məğlub olmağı sevmirəm. İnşallah, görəcəksiniz onlara qarşı necə oynayacağıq”.