Hacıyevski elə sevindi ki...
05.07.2009 - 16:10
“Komandamız əla oynadı. Rəqib Sloveniyanın ən güclülərindən biri idi. Heyətində Avropa və dünya çempionatlarında oynayan təcrübəli futbolçular var. 3 gün əvvəl "Olimpiya" yoldaşlıq oyununda Praqanın "Sparta" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Yoldaşlıq oyununda “Olimpiya” üzərində qazanılan qələbədən sonra makedoniyalı çalışdırıcı bildirib ki, komandası sürətli və yaradıcı oyunu ilə rəqibi ilk dəqiqələrdən çaş-baş saldı: “Əvvəldən üstünlüyə yiyələnib sonadək nəzarəti əldən vermədik. Cinahlardan təşkil etdiyimiz sürətli hücumlar "Olimpiya" üçün qarşısıalınmaz problemə çevrildi. Oyunda vurulan qolların hamısı məntiqə uyğun idi. Hesab qürurvericidir, Sloveniya liderinə 4:0 hesabı ilə qalib gəlmişik. Ancaq məni bundan daha artıq sevindirən "Bakı"nın nümayiş etdirdiyi səviyyəli və ağıllı oyundur”.
bakifc.az

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0