22 yaşlı futbolçumuz özünə qəsd etmək istəyir
05.07.2009 - 16:20
22 yaşlı futbolçumuz özünə qəsd etmək istəyir
“Komandamıza mənim üçün çox fərqlidir. Bunu şərh etməyə dəyməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Namiq Yusifov deyib.

Hazırda Türkiyədə avroliqa oyunlarına hazırlaşan Ağdam təmsilçisinin 22 yaşlı futbolçusu qeyd edib ki, ilkin təsnifat mərhələsində “Rusenborq”la görüşdə yaxşı nəticə qazanmaq üçün var gücü ilə mübarizə aparacaqlar: “Biz də olan ruh heç bir klubda yoxdur. İnşallah, “Rusenborq” qarşısında da ürəyimizi meydana qoyacağıq. Baş məşqçi şans verəcəyi halda, bu oyunda ölməyə belə hazıram. Səbəbini yaxşı bilirsiniz. “Qarabağ”ın Avropada uğuru Qarabağı xatırlatmaq baxımından çox önəmlidir”.

mənbə: qarabagh.com