Dolidze “Simurq”dan qovuldu
05.07.2009 - 16:38
Dolidze “Simurq”dan qovuldu
Qriqol Dolidze bundan sonra “Simurq” klubunun formasını geyinə bilməyəcək. Kluba yaxın mənbələrdən apasport.az saytına verilən məlumata görə, gürcüstanlı futbolçu komandadan qovulub. Bu səbəbdən onun avroliqanın birinci təsnifat mərhələsində İsraildə “Bney Yehuda” ilə cavab görüşünə çıxmayacağı deyilir. Həmçinin bildirilir ki, müqaviləsi bitən ukraynalı Vladimir Mazyar da heyətdən uzaqlaşdırılıb.

Xatırladaq ki, “Simurq” İsrailə təmsilçisinə Bakıda keçirdiyi ilk oyunda 0:1 hesabı ilə uduzub.
0