“Xəzər-Lənkəran” Superliqa komandasına yenildi
05.07.2009 - 21:38
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Xəzər-Lənkəran” az öncə ilk sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi “Kasımpaşa”ya qarşı keçirilən oyun Lənkəran təmsilçisinin məğlubiyyəti ilə nəticələnib. Ağasəlim Mircavadovun komandası rəqibinə 0:1 hesabı ilə uduzub.
Cənub komandasının əsas heyətində meydana Dmitri Kramarenko – Aleksandr Şaqoyko, Tomas İneman, İvan Peça, Miroslav Sviyanoviç - Devran Ayhan, Predraq Vuyoviç, Nizami Hacıyev, David Kordoba – Damir Tosunoviç və İvan Svetkov çıxıb. Daha sonra meydana Radomir Todorov, Alim Qurbanov, Ceyhun Sultanov, Ruslan Poladov, Rahid Əmirquliyev, Kostadin Canbazov və Denis Silva daxil olublar. Düşərgədə yer alan futbolçulardan Kamran Ağayev, Junior Osvaldo, Fatih Sonkaya və gənc oyunçular bu oyunda forma geyinməyiblər.
“Ağ-yaşıllar” iyulun 8-də növbəti sınaq matçında Türkiyə Superliqasının daha bir təmsilçisi “Eskişehirspor”la qarşılaşacaqlar.

0
0