“Kocaelispor”dan Rəşad Sadıqova 220 min dollar
06.07.2009 - 09:54
“Kocaelispor”dan Rəşad Sadıqova 220 min dollar
Türkiyənin “Kocaelispor” klubu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqova yeni müqavilə təklif edib. Apasport.az saytının məlumatına görə, Taner Gülləri, Akeem Akbetu, Mazova Nsunbu, Adəm Çalık, Muhammet Özdin, Murat Hacıoğlu və Kızılcarslan Kopuz kimi təcrübəli futbolçularını əldən verən İzmit təmsilçisi 27 yaşlı müdafiəçimizi komandada saxlamaqla israrlıdır.

Yerli transferlərdən yalnız Əmirhan Öndərlə anlaşan “Kocaelispor” rəhbərliyi Rəşadın məsələsini müsbət yekunlaşdırmaq istəyir. Bu səbəbdən onlar futbolçumuza bir illik müqavilə müqabilində konkret məbləğ – 220 min ABŞ dolları təklif edib.

İzmit mətbuatının yazdığına əsasən, Sadıqov “Kocaelispor”dan bir illik anlaşma üçün 300 min dollar istəyib. Hər iki tərəfin açıqladığı məbləğdə israrlı olduğu deyilsə də, məsələ bitməyib. Klubun Transfer Komitəsi bu gün Rəşadla son dəfə danışıqlar aparacaq.

Qeyd edək ki, ötən qış “Neftçi”dən “Kocaelispor”a keçən və yarım il burada çıxış etmiş Sadıqov komandanın əsas heyət oyunçularından idi.