Ramal Hüseynov daha üç il “Kocaelispor”da oynayacaq!
06.07.2009 - 10:06
Ramal Hüseynov daha üç il “Kocaelispor”da oynayacaq!
Ramal Hüseynovun Türkiyənin “Kocaelispor” klubuna qayıdışı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ildən şərəfini qoruduğu İzmit təmsilçisi ilə üç illik müqavilə imzalayıb.

Ötən qış “Bakı”nın yarım illiyə icarəyə verdiyi Ramal mövsüm bitəndən sonra gələcək karyerasını götür-qoy etməli oldu. “Kocaelispor” Superliqanı tərk edib, yeni mövsümdən Bank Asiya liqasında mübarizə aparsa da, Hüseynov bu komandada çıxışını davam etdirməyi üstün tutub. “Bakı”nın sərbəst buraxdığı orta sahə oyunçusu bir müddət öncə izmitlilərlə ilkin razılığa gəlmişdi.

Qeyd edək ki, “Ramal “Kocaelispor”un heyətində cəmi bir rəsmi oyun keçirib. O, ötən mövsüm Superliqanın son turunda “Hacettepe” klubunu böyük hesabla məğlub etdikləri (4:0) görüşdə ilk qolu vurub.
0